İranda son sutkada koronavirusdan 132 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 5 144 nəfər yoluxub, 132 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusda yoluxanların sayı 6 088 009 nəfərə, ölənlərin sayı isə 129 177 nəfərə çatıb. Virus daşıyıcılarından 3 386 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 37,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ölkədə təxminən 103 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 56,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 833 min təşkil edir.