Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 73 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 736 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 270 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 598 875 nəfərə çatıb. Virus daşıyıcılarından 3 705 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 365 253 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 10,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 52 rayon narıncı, 217 rayon sarı, 168 rayon isə mavi zona hesab olunur.