İranda son sutkada 71 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 71 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 807 nəfərə yüksəlib.


Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 573 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 405 414 nəfərə çatıb. Virus daşıyıcılarından 3 990 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 196 374 nəfər koronavirusdan sağalıb, 9,17 milyondan çox diaqnoz testi həyata keçirilib.