Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 39 085 nəfər koronavirusa (COVID-19) yoluxub, 116 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 133 164 nəfərə, yoluxanların sayı isə 6 696 927 nəfərə çatıb. Virus daşıyıcılarından 2 853 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 215 909 nəfər koronavirusdan sağalıb, 45,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 136 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 20,5 milyon təşkil edir.