İranda son sutkada 29 minə yaxın şəxs koronavirusa yoluxub

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 28 995 nəfər koronavirusa (COVID-19) yoluxub, 30 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 454 nəfərə, yoluxanların sayı isə 6 373 174 nəfərə çatıb. Virus daşıyıcılarından 1 512 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 106 442 nəfər koronavirusdan sağalıb, 44,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 132 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 17,3 milyon təşkil edir.