İranda son sutkada 158 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 158 nəfər koronavirusdan (COVID-19) ölüb, 9 852 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 126 921 nəfərə, yoluxanların sayı isə 5 964 824 nəfərə çatıb. Virus daşıyıcılarından 3 756 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 560 951 nəfər koronavirusdan sağalıb, 35,9 milyondan çox diaqnoz testi həyata keçirilib.


Ümumilikdə, İranda təxminən 91,7 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 54,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 109 min təşkil edir.

Twitter:@BaghishovElnur