Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 3 109 nəfər koronavirusa (COVID-19) yoluxub, 76 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 130 200 nəfərə, yoluxanların sayı isə 6 134 465 nəfərə çatıb. Virus daşıyıcılarından 3 109 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 923 316 nəfər koronavirusdan sağalıb, 39,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 107 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,28 milyon təşkil edir.