İranda hər 150 min xərçəng xəstəsindən 100 mini ölür.
AzerTimes xəbər verir ki, bu barədə İranın “Rokna” saytı yazıb.
Məqalədə deyilir ki, İranda xərçəngdən ölüm səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli yüksəkdir.
Bu, İranda bu xəstəliyə yoluxma hallarının bu ölkələrlə müqayisədə aşağı olmasına baxmayaraq belədir.
Məsələn, Avstraliyada hər 600 min xərçəng xəstəsindən təxminən 100 mini ölür.
Amma İranda bu statistika hər 150 min xərçəng xəstəsindən təxminən 100 min nəfərin öldüyünü göstərir.