İranda şok: Kotlet bişirdiyi üçün həbs olundu

İranda şok: Kotlet bişirdiyi üçün həbs olundu

Qasım Süleymaninin ölümünün ildönümündə kotlet bişirməyi öyrədən aşpaz həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb.

İddia edilib ki, aşpaz Nəvvab İbrahimi Qasım Süleymaninin ölümünün ildönümündə kotlet bişirmək haqqında bəzi maarifləndirici hekayələr paylaşdıqdan sonra İran rejimi tərəfindən həbs edilib, onun iş yeri də möhürlənib.

Qeyd edək ki, Süleymaninin ölüm günündə (3 yanvar) kotlet bişirilməsinin xüsusi anlamı var. Belə ki, İranda el arasında endirilən zərbə nəticəsində maşınında yanaraq öldüyü üçün Qasim Süleymaniyə “Katlet Qasım” deyirlər.

Teqlər: