İranın 23 həbsxanasında siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbilə aclıq aksiyası keçirirlər.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Onların beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün bu yola əl atdığı bildirilir.
Qeyd edək ki, son 1 həftə ərzində İranda 35 məhbus edam edilib, onlarla məhbus barəsində ölüm hökmü çıxarılıb.