İranın Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin Gülkənd kəndində silahlı qarşıdurma olub.
AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, naməlum silahlı şəxslərin hücumu nəticəsində SEPAH üzvü Rəhim Bəluci öldürülüb, iki nəfər isə yaralanıb.
Yerli mənbələr qarşıdurmanın şəxsi zəmində baş verdiyi barədə məlumatlar paylaşıblar.