01:35
Yanvarın 14-ü gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan və Çabahar şəhərlərində silahlı qarşıdurma meydana gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, Çabaharda axtarışda olan şəxsin mənzilinə məmurların basqını zamanı baş verən qarşıdurma nəticəsində Abbas Sarani, Səid Rudini və Siyasər adlı polis əməkdaşları ağır yaralanıb.
Kimliyi açıqlanmayan axtarışda olan şəxsin hadisə yerindən qaçdığı bildirilib.
Səravan şəhərində baş verən silahlı qarşıdurmada isə iki silahlı şəxs öldürülüb.
Sistan və Bəlucistan əyalətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti öldürülənlərin terrorçu olduğunu bildirib, onların terakta hazırlaşdıqlarını iddia edib.