İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhəd bölgəsi olan Səravanda silahlı şəxslərlə sərhədçilər arasında qarşıdurma yaşanıb.
AzerTimes xəbər verir ki, bu barədə Səravan fərmandarı Səid Təclili məlumat yayıb.
O, qarşıdurma zamanı Mehdi Nuri Əfşar adlı bir sərhədçinin öldürüldüyünü, daha iki sərhədçinin yaralandığını bildirib.
Məlumatda hücumçuların hansı təşkilata mənsub olduğu barədə açıqlama verilməyib.