Bu gecə İranın Kirman-İranşəhr magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə İranşəhr Təcili Yardım İdarəsinin rəisi Əlirza İrəndeqani məlumat verib.
Onun sözlərinə görə, avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
İrəndeqani qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı açıqlama verməyib.