Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində SEPAH komandiri Hüseyn Şəhrəki güllələnərək öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə bəluc fəallar məlumat yayıb.
SEPAH komandirinin öldürülməsi ilə bağlı məsuliyyəti bəlucların silahlı təşkilatı “Ənsar əl-Furqan” öz üzərinə götürüb.
Hüseyn Şəhrəkinin Suriyada Bəşər Əsədə müxalif qüvvələrə qarşı əməliyyatlarda da iştirak etdiyi bildirilib.