İranda Səhra Təbiət Parkı hicaba görə bağlandı

İranda Səhra Təbiət Parkı hicaba görə bağlandı

İranın Yəzd əyalətində yerləşən Səhra Təbiət Parkının fəaliyyəti məcburi hicab qaydalarına riayət edilmədiyi üçün dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Yəzd əyalətinin Turizm Mərkəzinin başçısı Əhməd Axundi məlumat yayıb.

O, turizm və əyləncə mərkəzlərini, otel və restoran yiyələrini təhdid edib.

“İslam adətlərinə hörmət edilmədiyi və hicab qaydalarının gözlənilmədiyi yerlərin hamısı bağlanacaq”, – Axundi xəbərdarlıq edib.

Teqlər: