İranda saxta araqdan növbəti zəhərlənmə

İranda saxta araqdan növbəti zəhərlənmə

İranın Gilan əyalətinin Ənzəli şəhərində 4 nəfər saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə Ənzəli şəhərinin polis rəisi Mehdi Nəcəfpur məlumat yayıb.

O, həmçinin, saxta spirtli içkilərin hazırlanması və satışı ilə məşğul olan bir kişi və bir qadının həbs edildiyini bildirib.

Qeyd edək ki, son iki həftə ərzində İranın Əlborz, Tehran, Mazandaran, Qəzvin, Qərbi Azərbaycan və Hörmüzqan əyalətlərində çox sayda insan saxta spirtli içkidən zəhərlənib.

Teqlər: