İranda saxlanılan tələbə ilə əlaqə var – Bayramov

İranda saxlanılan tələbə ilə əlaqə var – Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfrli barədə danışıb.

AzerTimes xəbər verir ki, C.Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hadisə baş verdikdən dərhal sonra nota təqdim edildi.

“Həmin şəxsin taleyi barədə məlumat almağımız kifayət qədər uzun çəkdi. Həmin tələbə ilə baş konsulluq arasında əlaqə var”,- deyə nazir əlavə edib.

C.Bayramov xatırladıb ki, yanvar ayının sonunda Azərbaycan vətəndaşlarına İrana səyahət xəbərdarlığı edib.

Teqlər: