Mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri sərbəst buraxılıblar.
AzerTimes xəbər verir ki, bu barədə Report-a onların ataları məlumat verib.
Bildirilib ki, rayon sakinləri – Vüsal Quliyev və Rövşən Seyidov ötən gün 5 ay saxlanıldıqları həbsxanadan sərbəst buraxılıb.
Həmin şəxslər artıq Vətənə qayıdıblar.