İranın Sistan və Bəlucistan əyalətində son 5 gün ərzində qum fırtınası nəticəsində 2278 insan zərər çəkib.
AzerTimes xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi məlumat yayıb.
“Xəstəxanalara müraciət edənlərdən 157-i palatalara yerləşdirilib, 3-ü həyatını itirib”, – o bildirib.