Xəbər - Elnur Bağışov – Trend:
İranda ərzaq qiymətlərinin həddindən artıq bahalaşmasına görə, hökumət tərəfindən ciddi addımlar atılmalıdır.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin Əhalinin Ərzaq Təminatının Yaxşılaşdırılması idarəsinin baş direktoru Zəhra Abdullahi ISNA-ya açıqlamasında deyib.
Z.Abdullahinin sözlərinə görə, hazırda İranın 8 vilayəti – Sistan və Bəluçestan, Kohgiluyə və Buyir-Əhməd, Xuzistan, Hörmüzqan, İlam, Kirman, Cənubi Xorasan və Buşehr vilayətlərində təcili işlər görülməlidir.
Abdullahi əlavə edib ki, araşdırmalar göstərir ki, bəzi ərzaq məhsulları, o cümlədən qırmızı ət, toyuq əti, süd məhsulları, hətta meyvələrin qiymətinin bahalaşması ilə bu məhsulların istehlakı təxminən 40% azalıb. Halbuki əhali münasib qiymətlərlə protein ehtiyatları ilə təmin olunmalıdır. Ərzaq məhsullarının qiymətinə ciddi nəzarət tələb olunur.