İranda Qəzza üçün yığılan yardım gülüş doğurdu

İranda Qəzza üçün yığılan yardım gülüş doğurdu

İran hökumətinin bütün təbliğatlarına və məcburi tətbiqlərinə baxmayaraq, iranlılar Qəzza zolağı üçün hökumətin başlatdığı yardım kampaniyasına qoşulmaqdan imtina edir. Bu, hökumətin elan etdiyi yardım məbləğinin az olmasından da məlum olur.

AzerTimes xəbər verir ki, son rəsmi statistikaya görə, 7 oktyabr 2023-cü ildən bəri 90 milyona yaxın əhalisi olan ölkə vətəndaşları tərəfindən Qəzza üçün yığılan yardım 160 milyard tümən – təxminən, 2 milyon 800 min dollara bərabərdir.

Həmin müddət ərzində isə vətəndaşlar sel və başqa bu kimi təbii fəlakətlərdən zərər çəkənlər üçün Qəzzaya yığılan yardımdan bir neçə qat artıq vəsait toplayıblar.

Qəzza üçün yığılan 2,8 milyon dolların çoxu könüllü ianələrdən ibarət deyil. Bu məbləğ dövlət qurumlarında fəaliyyət göstərən işçilərin maaşından məcburi şəkildə yardım hesabına köçürülüb.

Buna görə də hökumət qurumlarının, xüsusilə Qəzzaya yardım toplamaq üçün davamlı kampaniyalar təşkil edən Qızıl Aypara Cəmiyyəti və Qumdakı dini mərkəzlərin cəhdlərinin tamamilə iflasa uğradığını demək olar.

Bununla eyni vaxtda iranlıların hakimiyyətin İsrail ilə bağlı siyasətini, HƏMAS və Livan Hizbullahına dəstəyini qınayan “Nə Qəzza, nə Livan, canım İrana qurban” şüarı yenidən gündəmə gəlib.

İlk dəfə 18 sentyabr 2009-cu ildə hökumətin “Qüds günü” aksiyasına etiraz olaraq səsləndiriln bu şüar son aylar yenidən dəb olub, nümayişlərdə səsləndirilir və şəhər küçələrinin divarlarına yazılır.

Teqlər: