Xəbər - Elnur Bağışov – Trend:
İranda qar, çovğun, sel və daşqınlar nəticəsində 700 kəndin yolları bağlanıb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının sədr müavini Rza Əkbəri deyib.
R.Əkbərinin sözlərinə görə, İranın cənubunda yağıntılar nəticəsində yaranan sel və daşqınlar nəticəsində 200 kəndin yolu bağlanıb:
“Qar və çovğun nəticəsində isə şimal və şimal-qərbdə – Ərdəbil, Zəncan, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində 500 kəndin yolu bağlanıb”, – deyə o bildirib.