İranda qadınların reklama çəkilməsi qadağan edildi – Video

İranda qadınların reklama çəkilməsi qadağan edildi – Video

İran hökuməti dondurma yeyən qadın videosundan sonra xanımların reklamlara çəkilişini qadağan edib.

AzerTimes xəbər verir ki, ilk baxışdan sözügedən videoda ciddi qayda pozuntusu nəzərə çarpmır.

Görüntülərdə başörtülü bir xanım maşın sürür və dondurma yeyir. Lakin səlahiyyətlilərin fikrincə, bu reklam çarxı “sosial ədəb qaydaları ilə ziddiyyət təşkil edir” və “qadın dəyərlərinə xələl gətirir”.

Nazirlik bildirib ki, iranlı qadınların reklam çarxlarında çəkilməsinə qadağa qoyulması qərarının milli “iffət” qanunlarını gücləndirmək məqsədilə qəbul edilib.

Teqlər: