İranda qadın musiqiçi nişanlısı ilə birlikdə güllələndi

İranda qadın musiqiçi nişanlısı ilə birlikdə güllələndi

İranın Gilan əyalətinin Rəşt şəhərində Yasəmən Rəhməti adlı musiqiçi güllələnərək öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, sentyabrın 4-də Rəhməti və onunla birlikdə olan nişanlısı şəhərin Pirbazar bölgəsində güllələniblər.

Şübhəlilər hadisə yerindən qaçıb. Onların saxlanılması üçün tədbirlər görüldüyü bildirilib.

Rəhməti həm də Tehran Universitetinin musiqi müəllimidir.

Teqlər: