Tehranda məcburi hicab qaydalarının tətbiqi çərçivəsində keçirilən əməliyyat zamanı hökumət məmurları gənc qadını öldürüb.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, Tehranın Vuzəra küçəsində 14 yaşlı yeniyetmə qızın məcburi hicab qaydalarına görə həbs edilməsinə etiraz edən Rujan Əkbəri adlı qadın ağır şəkildə döyülüb.
Huşunu itirən qadın həmin küçədə “Vüzəra apartmanı” adlanan hökumət binasına aparılıb və orada həyatını itirib.
Hökumət mediası bunu təkzib edərək, ölən şəxsin quldurluq ittihamına görə saxlanıldığını və ürək tutmasından öldüyünü iddia edib.