Xuzistan əyalətinin Əhvaz şəhərində ana 4 yaşlı oğlunu öldürüb.
Axar. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Polis tərəfindən saxlanılan qadın avqustun 28-də törətdiyi cinayəti etiraf edib.
O bildirib ki, birinci həyat yoldaşından ayrılıb. Yeni tanış olduğu imkanlı şəxs oğlundan imtina edəcəyi təqdirdə onunla evlənəcəyinə söz verib.
“Oğlumu kimə əmanət edəcəyimi bilmədim. Bu evlilik şansını itirmək istəmədiyim üçün uşağı öldürmək qərarına gəldim”, – həbs edilən gənc ana deyib.