İran hakimiyyətinin üzləşdiyi problemlər səbəbindən Moskva və Tehran arasında hərtərəfli əməkdaşlığa dair yeni saziş məsələsi müvəqqəti olaraq dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov deyib.
“Bu, iki ölkə rəhbərliyinin strateji qərarıdır. Bu proses iranlı tərəfdaşlarımızın yaşadığı problemlərə görə dayandırılıb”, – Kabulov bildirib.
İranın hakimiyyət orqanları hələ ki, buna münasibət bildirməyiblər.