İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə İran Seçki Qərargahından məlumat verilib.
Məlumata görə, seçkilərdə iştirak edəcək namizədlər mayın 28-dən qeydiyyata alınacaq.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.