İranda saat 02:00 üçün prezident seçkilərində ən azı 28,4 milyon nəfər səs verib.
AzerTimes-ın məlumatına görə, bu barədə namizəd Abdulnəsir Hemmatinin səşki qərargahının nümayəndəsi Cahanbaxş Xancani bildirib.
Onun sözlərinə görə, A.Hemmati Daxili İşlər Nazirliyindən səsvermə müddətinin uzadılmasını istədi, ancaq İran Konstitusiyasının Qəyyumlar Şurasının əmri ilə əlaqəli bunun mümkünsüz olduğu cavabını aldı.
Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.