İranda polkovnik güllələndi

İranda polkovnik güllələndi

İranın Sistan-Bəlucistan vilayətində SEPAH-ın 3 hərbçisi naməlum şəxslərlə atışmada öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın cənub-şərqi qərargahının məlumatında deyilir.

“Bir neçə dəqiqə əvvəl “Salman” bölməsinin əməkdaşları olan polkovnik Mehdi Mollaşaxi və “Bəsic” əməkdaşı Cavad Keyxa Zahedan şəhərinin Parastar meydanında naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüblər”, – deyə bildirilib.

Məlumata görə, SEPAH hərbçiləri işdən evə qayıdan zaman avtomobildə olan şəxslər “Kalaşnikov”dan onları atəşə tutub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

Teqlər: