İranda Saravan şəhərinin polis rəisi Əlirza Şəhraki öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında ona maşında olarkən atəş açıblar. Atəş nəticəsində Şəhraki ölüb, yanında olan həyat yoldaşı isə ağır yaralanıb.