İranda məcburi hicab qaydalarını pozan qadın küçədə polis tərəfindən döyülüb.
AzerTimes xəbər verir ki, görüntülərin sosial şəbəkədə yayılmasından sonra zorakılıq edən polisin saxlanıldığı bildirilib.
“Təqsirkar şəxsin qeyri-qanuni və qeyri-etik davranışını əks etdirən videonun yayımlanmasından sonra sözügedən əməkdaş müvafiq əyalətin polis rəisinin əmri ilə həbs edilib və müvafiq tədbirlərin görülməsi üçün istintaqa cəlb edilərək xidmətdən kənarlaşdırılıb”, – İranın Polis Məlumat Mərkəzi məsələ ilə bağlı açıqlamasında bildirib.