İranın Zahidan şəhərində 16-cı polis bölməsinə silahlı şəxslərin basqını və binanın ələ keçirməsi, ardınca isə xüsusi təyinatlıların hücumunun görüntüləri yayılıb.
AzerTimes xəbər verir ki, videoda xüsusi təyinatlılarla silahlı şəxslər arasında baş verən atışmanın müəyyən fraqmentləri əksini tapıb.
Qeyd edək ki, hücumun məsuliyyətini “Ceyş əl-Ədl” təşkilatı öz üzərinə götürüb. Hücum zamanı 2 polis, 4 nəfər isə silahlı ölüb.