İranda polis boksçunu güllələdi

İranda polis boksçunu güllələdi

Tehranın Pərdisan parkında xanımı Mariya Arefini həbs etməyə çalışan polis patruluna müqavimət göstərən İran millisinin keçmiş boksçusu Rza Muradxani polis zabiti tərəfindən vurulub.

AzerTimes xəbər verir ki, polis məmuru öncə cütlüyün və onların 10 aylıq körpəsinin üzərinə bibər qazı vurub.

Boksçunun dediyinə görə, 22-23 yaşlı zabit Rzanın bibər qazından gözləri heç bir yeri görmədiyi halda əvvəlcə havaya, daha sonra isə ona doğru birbaşa atəş açıb.

Qeyd edək ki, boks üzrə çempion, Türkiyənin “Fənərbağça” komandasının üzvü Rza Muradxani 4 güllə ilə ayağından və qarnından yaralanıb.

Teqlər: