İranın Qərbi Azərbaycan vilayətinin Bukan şəhərində təbii qazın partlaması nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Bukan valiliyi məlumat yayıb.
“Hadisə nəticəsində bir binanın bloku tamamilə dağılıb. Yaxınlıqdakı digər iki yaşayış məntəqəsi isə 70 faizdən çox zərər görüb. İkisi uşaq, ikisi kişi və ikisi qadın olmaqla altı nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Hadisə zamanı yaralanan 3 nəfər müalicə olunmaq üçün tibb mərkəzlərinə göndərilib”,- məlumatda deyilir.
Həmçinin yanğınsöndürənlərdən biri də zərərçəkmişləri dağıntıların altından çıxararkən yaralanaraq xəstəxanaya yerləşdirilib.