İranda partlayış necə baş verib? – 6 versiya

İranda partlayış necə baş verib? – 6 versiya

İranda baş verən partlayışla bağlı bu dəqiqəyə qədər müxtəlif ehtimallar səsləndirilib.

AzerTimes xəbər verir ki, məlumatlar sosial şəbəkədə cəmləşdirilib.

İddialar belədir:

– qaz balonları partlayıb;

– partlayışı kamikadze törədib (media əməkdaşı iddia edib);

– bomba partlayıb (Qızıl Aypara);

– partlayış zibil qutusunda baş verib (hadisə şahidləri);

– iki çantadakı bomba uzaqdan idarəetmə vasitəsi ilə partladılıb (İran mediası);

– iki kamikadze partlayıcı kəmərlə özünü partladıb (Cəlali, Kirman nümayəndəsi);

– iki avtomobil partladılıb (sosial media).

Qeyd edək ki, hadisənin dəqiq səbəbi ilə bağlı araşdırma aparılır və rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, bu gün Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.

Teqlər: