İranın Əlborz əyalətinin İştəhard sənaye şəhərciyində partlayış olub.
AzerTimes xəbər verir ki, bu barədə Əlborz əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Bagir Xələfi məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 9 nəfər ağır xəsarət alıb.
Xələfi partlayış və yanğının səbəblərinin araşdırıldığını deyib.