İranda partiya başçısı həbs edildi

İranda partiya başçısı həbs edildi

Din Xadimləri Xüsusi Apellyasiya Məhkəməsi İranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməninin işinə yenidən baxıb.

AzerTimes xəbər verir ki, ilkin məhkəmə instansiyasının qərarı qüvvədə saxlanılıb və din xadimi 12 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni oktyabrın 9-da həbs edilərək Tehranın Evin həbsxanasına aparılıb.

Teqlər: