İranda ötən sutka ərzində 1 816 nəfər koronavirusa (COVID-19)
yoluxub, 60 nəfər ölüb.
Trend-in
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 139 610 nəfərə,
yoluxanların sayı isə 7 141 033 nəfərə çatıb. Virus
daşıyıcılarından 2 011 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 822 521 nəfər koronavirusdan sağalıb, 48,7
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 146 milyon vaksin vurulub. Birinci mərhələ
üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci mərhələ
üzrə vaksinasiya olunanların sayı 56,5 milyon, üçüncü mərhələ üzrə
vaksinasiya olunanların sayı 25,7 milyon təşkil edir.