Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 53 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 069 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 088 nəfər koronavirisa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1 731 558 nəfərə çatıb. Virus daşıyıcılarından 3 829 nəfərin vəziyyəti ağırdır.
S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 477 588 nəfər koronavirusdan sağalıb, 11,5 milyondan çox diaqnoz testi həyata keçirilib.