Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 4 310 nəfər yoluxub, 82 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusa yoluxanların sayı 6 113 192 nəfərə, ölənlərin sayı isə 129 711 nəfərə çatıb. Virus daşıyıcılarından 3 338 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 873 441 nəfər koronavirusdan sağalıb, 38,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 105 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 995 min təşkil edir.