Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 366 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 90 996 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 32 511 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 903 519 nəfərə çatıb. Virus daşıyıcılarından 5 539 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 3 385 195 nəfər koronavirusdan sağalıb, 25,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 12,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 9,92 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,74 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 285 rayon qırmızı və 110 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 53 rayon sarı zona hesab olunur.