İranda ötən sutkada 288 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 288 nəfər koronavirusdan (COVID-19) ölüb, 13 792 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 119 360 nəfərə, yoluxanların sayı isə 5 533 520 nəfərə çatıb. Virus daşıyıcılarından 6 320 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 944 087 nəfər koronavirusdan sağalıb, 31,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 50,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 35,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 15,5 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 29 rayon qırmızı, 224 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 165 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur