İranda ötən sutkada 258 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 258 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 64 490 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 21 063 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2 070 141 nəfərə çatıb. Virus daşıyıcılarından 4 392 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 710 974 nəfər koronavirusdan sağalıb, 13,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur.