Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 187 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 82 098 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 8 195 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 028 667 nəfərə çatıb. Virus daşıyıcılarından 3 445 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 652 792 nəfər koronavirusdan sağalıb, 21,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda təxminən 5,15 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,32 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 827 min təşkil edir.