Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 74 nəfər koronavirusdan (COVID 19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 483 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 931 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 574 012 nəfərə çatıb. Virus daşıyıcılarından 3 689 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 344 791 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 10,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın koronavirusa yoluxmada 11 rayon qırmızı, 52 rayon narıncı, 217 rayon sarı, 168 rayon isə mavi zona hesab olunur.