İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 283 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 74 524 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13 576 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 640 670 nəfərə çatıb. Virus daşıyıcılarından 5 545 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 092 381 nəfər koronavirusdan sağalıb, 16,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,54 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,28 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 262 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 46 rayon qırmızı və 263 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 139 rayon sarı zona hesab olunur.