Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 155 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 80 813 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 9 209 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 954 309 nəfərə çatıb. Virus daşıyıcılarından 3 852 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 522 702 nəfər koronavirusdan sağalıb, 20,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda təxminən 4,69 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,15 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 536 min təşkil edir.