Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 140 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 83 985 nəfərə yüksəlib.
Sutka ərzində 12 351 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 180 042 nəfərə çatıb. Virus daşıyıcılarından 3 185 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 848 042 nəfər koronavirusdan sağalıb, 23,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 5,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,42 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,38 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 32 rayon qırmızı və 174 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 242 rayon sarı zona hesab olunur.